...

“Sabah” komandası Azərbaycan Basketbol Liqasının qalibi olub

İdman Materials 14 May 2025 21:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

Trend xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları final seriyasının altıncı oyununda üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən qarşılaşma "tələbələr"in 83:78 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, seriyada 4:2 hesablı qalibiyyət əldə edən "Sabah" ardıcıl üçüncü dəfə ABL-in qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, bundan əvvəl "Sabah" 2023-cü ildə "Gəncə"ni, 2024-cü ildə isə "Xəzri"ni məğlub edərək bu titulu qazanıb.

Xəbər lenti

Xəbər lenti