...

“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub

Maraqlı Materials 15 May 2025 09:47 (UTC +04:00)
“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Similarweb” şirkətinin tərtib etdiyi siyahıya əsasən “ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.

Trend-in xarici mediaya istinadən verdiyi xəbərə görə, istifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir.

Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.

Reytinqin ilk pilləsində “Google” axtarış sistemi qərarlaşıb. Burada istifadəçilər orta hesabla 10 dəqiqə 31 saniyə vaxt keçirirlər və bir ziyarət zamanı 8,91 səhifəyə baxırlar. “Google” saytını yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 26,57-dir.

Populyarlığa görə ikinci yerdə “YouTube” yer alıb. Platformada bir sessiyanın orta müddəti 20 dəqiqə 18 saniyə təşkil edir və istifadəçilər orta hesabla 13,15 səhifəyə baxış keçirirlər. Saytı bir səhifədən sonra tərk edənlərin faizi isə 20,49-dur.

Ən populyar üç sosial şəbəkə arasında “Facebook” və “Instagram” da var. “Facebook”da istifadəçilər orta hesabla 10 dəqiqə 42 saniyə vaxt keçirirlər və 13,53 səhifəyə baxırlar. Bu göstəricilər “Instagram” üçün 8 dəqiqə 37 saniyə və 13,38 səhifədir. “Facebook”da bir səhifəyə baxdıqdan sonra saytı tərk edənlərin faizi 29,78, “Instagram”da isə 33,12-dir.

Xəbər lenti

Xəbər lenti