...

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 15 May 2025 09:16 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda 49 yaşlı sürücün idarə etdiyi avtomobil 2011-ci il təvəllüdlü piyadanı vuraraq öldürüb.

Trend-in məlumatına görə, hadisə ötən gün baş verib.

Belə ki, 22.12.1976-cı il təvəllüdlü Xəlilov Təyyar Məqsəd oğlu idarə etdiyi “Hyundai Terrevan Minik” markalı avtomobillə 14.05.2025-ci il tarixdə sağa dönmə manevri edərkən yolu keçməkdə olan 04.03.2011-ci il təvəllüdlü Məcidov Turan Məmməd oğlunu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı Xaçmaz RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti