...

ABŞ Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş görmək istəyir - Rubio

Dünya xəbərləri Materials 15 May 2025 11:39 (UTC +04:00)
ABŞ Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş görmək istəyir  - Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş görmək istəyir.

Trend “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Münaqişənin nizamlanması çətindir, amma biz qısa bir zamanda irəliləyişə nail olunacağına ümidvarıq”, - deyə o bildirib.

Rubio qeyd edib ki, bu konfrontasiyanı hərbi yolla həll etmək qeyri-mümkündür, ona görə diplomatiya yolu ilə sona çatdırılmalıdır. Onun sözlərinə görə, Vaşinqton yaxın bir neçə gün ərzində irəliləyiş görmək istəyir.

Bundan əvvəl ABŞ dövlət katibi Ağ Ev rəhbəri Trampın Rusiya ilə Ukrayna arasında ədalətli sülhə yol açacaq istənilən mexanizmlərə hazır olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti