...

İran Azərbaycanla qardaşlıq əlaqələrinin tərəfdarıdır – Pezeşkian

Gündəm Materials 15 May 2025 11:34 (UTC +04:00)
İran Azərbaycanla qardaşlıq əlaqələrinin tərəfdarıdır – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələrinin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranın Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.

İran prezidenti bildirib ki, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edib. Səfər çərçivəsində İran prezidenti İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti