Bakı. Trend:
Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin ikinci Bundesliqanın 34-cü turunun mayın 18-də "Ayntraxt" (Braunşveyq) klubu ilə keçirəcəyi oyunda meydana çıxa bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, əzələ problemlərinə baxmayaraq, 27 yaşlı hücumçu bu oyun üçün heyətdə yer alacaq.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze bu görüşdə iştirakını, eləcə də oxşar problemi olan Ondjey Karafiatın durumunu dəyərləndirib:
"Problem olmasa, hər ikisi oynaya biləcək. Həm Karafiat, həm də Mahirin oynamaq şansı var".