Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə İstanbula səfər etməyi planlaşdırmır.
Trend xəbər verir ki, bunu Rusiyalı dövlət başçısıının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hal-hazırda belə planlar yoxdur. Rusiya nümayəndə heyəti – rusiyalı danışıqçılardan ibarət nümayəndə heyəti İstanbuldadır və ukrayna tərəfini gözləyirlər, onlarsa hələ yoxdurlar”, - Kreml nümayəndəsi deyib.
Peskov danışıqlarla bağlı gözləntilərdən də söz açıb.
“Biz danışıqların nə cür keçəcəyini bilmirik. Bizim nümayəndə heyəti ukraynalıları gözləyir, onlarsa hələ ki yoxdurlar. Danışıqların necə keçəcəyini gözləmək lazımdır və sözsüz ki, onun məhsuldar keçməsi üçün hər kəs maksimum dərəcədə səy göstərəcək”,- o əlavə edib.