...

Çinin avtoidarəetmə sistemləri üzrə robot istehsalçısı Azərbaycan bazarına daxil olacaq

İqtisadiyyat Materials 15 May 2025 16:22 (UTC +04:00)
Çinin avtoidarəetmə sistemləri üzrə robot istehsalçısı Azərbaycan bazarına daxil olacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin avtoidarəetmə sistemləri üzrə xüsusi robot istehsalçısı Azərbaycanda mümkün fəaliyyətini dəyərləndirir.

Bunu Trend-ə açıqlamasında Çinin "Allynav" şirkətinin satış meneceri İvan Borovik Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində deyib.

O, ilk olaraq təmsil etdiyi şirkət barədə məlumat verib: "Biz "Allynav" şirkəti olaraq kənd təsərrüfatında avtopilot, avtoidarəetmə sistemləri və püskürtmə üçün xüsusi robotlar istehsal edirik. Hələlik Azərbaycanda fəaliyyət göstərmirik, lakin bizə quraşdırma və servis sahəsində dəstək verə biləcək tərəfdaş axtarırıq".

"Artıq demək olar ki, Azərbaycanda tərəfdaş olacaq şirkəti tapmışıq. Amma o şirkətin adını hələ açıqlamaq istəmirəm. Gələcəkdə bəzi sənədləri imzalamaq üçün əlaqə qurmuşuq.

Biz bütün dünyaya məhsullarımızı ixrac edirik. Çində, Rusiyada, Türkiyədə, Avropada, ABŞ-də, Afrikada və dünyanın hər yerində məhsullarımıza rast gələ bilərsiniz. Bu ölkələr sırasında Azərbaycanı da görməkdən məmnun olarıq", - şirkət nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti