...

"Mançester Yunayted" Markus Reşfordla yollarını ayırmağa hazırlaşır

İdman Materials 15 May 2025 22:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted" hazırda "Aston Villa"da icarədə olan Markus Reşfordu satmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri məlumat yayıb.

Klub 27 yaşlı hücumçu üçün daxil olan təklifləri dəyərləndirməyə hazırdır və futbolçuya 40 milyon funt-sterlinq qiymət qoyulub.

Qeyd edək ki, Reşford bu ilin fevral ayında "Aston Villa"ya icarəyə verilib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində keçirdiyi 17 rəsmi oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti