...

İspaniyada avtomobilin izdihama çırpılması nəticəsində 13 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 16 May 2025 00:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Kataloniya bölgəsində keçirilən “Espanyol” – “Barselona” futbol matçı öncəsi stadionun yaxınlığında avtomobilin izdihama çırpılması nəticəsində qəzada ən azı 13 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Regional Tibbi Yardım Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlardan doqquzunun vəziyyəti yüngüldür. Kataloniya polisi insidentin “Espanyol” stadionunun yaxınlığında qeydə alındığını təsdiqləyib.

“Vəziyyət nəzarət altındadır və stadion ərazisində heç bir təhlükə yoxdur”, – hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Hadisəyə səbəb olan nəqliyyat vasitəsinin sürücüsü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti