...

4 ayda Azərbaycanda xam neft istehsalı 5%-dən çox azalıb

İqtisadiyyat Materials 15 May 2025 18:00 (UTC +04:00)
4 ayda Azərbaycanda xam neft istehsalı 5%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 9,117 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 523 min ton və ya 5,4% azdır. Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 9,640 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilmişdi.

Hesabat dövründə istehsal edilmiş xam neftin 9,619 milyon tonu əmtəəlik xam neft olub.

Qeyd edək ki, cari ilin ilk 4 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti