...

İsveç çempionatında “Qöteborq” – “Öster” oyunu azarkeş insidenti səbəbindən dayandırılıb

İdman Materials 16 May 2025 00:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç çempionatının IX turu çərçivəsində keçirilən “Qöteborq” – “Öster” oyunu azarkeşin futbolçunu vurmaq cəhdi səbəbindən yarımçıq qalıb.

Trend xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb.

Qöteborqda keçirilən qarşılaşmanın ikinci hissəsində meydançaya daxil olan bir azarkeş “Öster”in futbolçusu Sebastyan Hedlunda hücum etməyə cəhd edib. Azarkeş futbolçunun başına zərbə endirməyə çalışsa da, Hedlund zərbədən yayınmağı bacarıb. Hadisədən sonra azarkeş yıxılıb və stüardlar müdaxilə etsə də, o, meydandan qaçmağı bacarıb.

Qeyd edək ki, Sebastyan Hedlund əvvəllər Almaniyanın “Şalke”, İslandiyanın “Valur” klubunun ikinci komandası və İsveçin bir sıra klublarında, o cümlədən “Qöteborq”un əsas rəqibi olan "GAİS"də çıxış edib.

Matç “Öster”in 1:0 hesablı üstünlüyü ilə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti