Bakı. Trend:
Bu bazar günü Ukrayna Prezidenti Volodimir Zelenskinin Vatikanda yeni seçilmiş Papa XIV Leo ilə görüşəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Nəşr bildirir ki, Papa XIV Leo son bəyanatlarında hazırda davam edən müharibələrin hər hansı birinə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.
“Müqəddəs Taxt-Tac düşmənlərlə görüşməyə və onların gözünün içinə baxmağa hazırdır ki, xalqlar layiq olduqları ləyaqəti ala bilsinlər”, – deyə Papa qeyd edib.
Bild qeyd edir ki, bazar günü planlaşdırılan görüş barədə məlumat verilsə də, mənbənin kimliyi açıqlanmayıb. Görüşün Vatikandakı danışıqlar üçün yeni mərhələ açacağı istisna edilmir.