...

SOCAR İsveçrədə elektrikli yük maşınları üçün ilk sürətli şarj stansiyasını açıb

İqtisadiyyat Materials 16 May 2025 11:32 (UTC +04:00)
SOCAR İsveçrədə elektrikli yük maşınları üçün ilk sürətli şarj stansiyasını açıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin A1 avtomagistralında yerləşən “Kölliken Nord” yanacaq doldurma kompleksində SOCAR-ın elektrikli yük maşınları üçün ilk sürətli elektrik enerjisi yükləmə stansiyası açılıb.

Bu barədə Trend-ə “SOCAR Energy Switzerland”dan məlumat verilib.

Məlumata əsasən, yeni elektrik enerjisi yükləmə stansiyası elektrikli yük maşınlarını 400 kVt gücə qədər şarj etməyə imkan verir ki, bu da öz növbəsində ətraf mühiti zərərli tullantılarla çirkləndirmədən sürətli və ekoloji-təmiz xidməti təmin edir.

Meydançada, eyni zamanda, minik avtomobilləri üçün 200kVt gücə qədər olan 4 ədəd “SOCAR Charge Express” elektrik enerjisi yükləmə stansiyası qurulub.

Bu obyektin açılışı şirkətin dayanıqlı nəqliyyat infrastrukturu qurmaq və ekoloji cəhətdən təmiz mobilliyə keçidi dəstəkləmək strategiyasının bir hissəsi olub.

SOCAR şirkəti bildirib ki, hazırda digər məntəqələrdə də oxşar stansiyaların tikintisi planlaşdırılır və bu, elektrikli yük nəqliyyatı üçün yüksək sürətli şarj şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti