Bakı.Trend:
Yanvar-Aprel aylarında 940 narkotik istifadəçisi aşkarlanıb.
Trend Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yanvar-aprel ayrlarında 30280 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 552, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 798 xəstə müalicə alır.