...

Rusiyada zavodda partlayış – Dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 16 May 2025 11:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Başqırdıstanın Salavate şəhərində “Sveça” zavodunda güclü partlayış baş verib

Trend xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qəza texnoloji prosesin pozulması nəticəsində - soba avadanlığının hermetiksizləşməsi nəticəsində meydana gəlib. Nəticədə yanğınla müşayiət olunan partlayış baş verib.

Hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya çatdırılıb. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışını həyata keçirir. Zərərçəkənlərin dəqiq sayı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti