Bakı. Trend:
Avropa İttifaqı Artım planı çərçivəsində Monteneqroya 27 milyon avro ilkin vəsait ayırıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç açıqlama verib.
“Bu ödəniş Monteneqro hökumətinin ötən il təqdim etdiyi islahat gündəliyinin əhəmiyyətini təsdiqləyir. Aİ növbəti iki il ərzində ölkəmizə 383 milyon avro məbləğində vəsaiti mərhələli şəkildə təqdim edəcək. Bu vəsait vətəndaşlara konkret fayda gətirəcək struktur islahatların həyata keçirilməsinə yönəldiləcək”, – deyə Spayiç bildirib.
Aİ-nin maliyyə dəstəyi Monteneqronun Avropa inteqrasiyası prosesinə və iqtisadi islahatlara töhfə verməyi hədəfləyir.