Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 5,7 milyon ton yük, 2,979 milyon sərnişin daşınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,3% azalma, sərnişin daşınmasında isə 16,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.