Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 7,324 milyard kubmetr qaz ötürülüb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 162 milyon kubmetr və ya 2,2% azdır.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 7,486 milyard kubmetr qaz ötürülmüşdü.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 13,893 milyard kubmetr qaz nəql edilib və 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 2,2% azalma müşahidə olunub.