...

Dünən 12 kq narkotik aşkarlanıb

Hadisə Materials 15 May 2025 10:08 (UTC +04:00)
Dünən 12 kq narkotik aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti