Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 26,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,067 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 1,5 milyon kVt/saat və ya 5,3% azalıb, dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 milyon kVt/saat həcmində, 1,044 ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.