Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 405,4 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 23,1 milyon ABŞ dolları olub.
Belə ki, Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,2 milyon kVt/saat və ya 15,8%, dəyər ifadəsi ilə 5,1 milyon ABŞ dolları, yaxud 28,3% artıb.
Ötən ilin birinci rübündə Azərbaycandan Gürcüstana 350,2 milyon kVt/saat həcmində, 18 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.