Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İrana 8,4 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 237,7 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 413 min kVt/saat və ya 5,2%, dəyər ifadəsi ilə 11,7 min ABŞ dolları, yaxud 5,2% artıb.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycandan İrana 8 milyon kVt/saat həcmində, 226 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.