...

IsDB və Azərbaycan yeni təşəbbüslərə dəstəklə bağlı danışıqlar aparır – Mühəmməd Əl-Cəssir (ÖZƏL)

İqtisadiyyat Materials 22 May 2025 20:34 (UTC +04:00)
IsDB və Azərbaycan yeni təşəbbüslərə dəstəklə bağlı danışıqlar aparır – Mühəmməd Əl-Cəssir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Hazırda İslam İnkişaf Bakı (IsDB) və Azərbaycan arasında bir sıra təşəbbüslərin dəstəklənməsi üzrə danışıqlar aparılır.

Bu barədə Trend-in xüsusi müxbirinə İslam İnkişaf Bankı Qrupunun sədri Mühəmməd Əl-Cəssir IsDB-nin Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində verdiyi özəl müsahibədə deyib.

Əl-Cəssir 2024-cü ilin əvvəlində IsDB Azərbaycanla Əməkdaşlıq üzrə Çərçivə Proqramını işə saldığını xatırladıb.

"Bu proqram çərçivəsində biz ilk layihəni — ərzaq təhlükəsizliyinin təmin olunması və Qarabağın inkişafına dəstək üzrə layihəni 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıq. Hazırda bir neçə yeni təşəbbüsün, o cümlədən, regional enerji dəhlizlərinin inkişafı, Ələt Azad İqtisadi Zonası layihəsinin yaradılması və Qarabağda mümkün suvarma layihələri üzrə danışıqlar aparılır", — deyə o bildirib.

IsDB rəhbəri, həmçinin, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının təşviqi istiqamətindəki təşəbbüslərində bankın tərəfdaş olmağa maraqlı olduğunu qeyd edib.

"Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı ilə İslam İnkişaf Bankının İnstitutu arasında İslam maliyyələşməsinin təşviqi məqsədilə texniki yardım sazişi imzalanıb. Bundan başqa, bu yaxınlarda həm də daha bir texniki yardım sazişi imzalanıb ki, bu da Pakistanla Azərbaycan arasında yüksək məhsuldarlığa malik pambıq sortlarının yaradılması sahəsində əməkdaşlığın inkişafına yönəlib", - deyə Əl-Cəssir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti