...

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 23 May 2025 17:34 (UTC +04:00)
Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1707 müraciət üzrə 32.3 milyon manat məbləğində güzəştli kredit verilib.

Trend bu barədə Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, bunun 28.9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784.5 min manatı güzəştli kreditlər, 2.5 milyon manatı isə mikrokreditlərdir.

Cari ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 673 baş damazlıq iribuynuzlu heyvanın alışına 2.6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 39.4 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti