Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 3,6 min ton çay istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 322 ton və ya 8,2% azdır.
Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 3,9 min ton çay istehsal edilmişdi.
Cari ilin may ayının birinə ölkədə hazır məhsul ehtiyatının miqdarı 48,5 ton olub.