...

Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə 4 milyard manatdan çox vəsait yönəldilib

İqtisadiyyat Materials 12 Avqust 2025 11:39 (UTC +04:00)
Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə 4 milyard manatdan çox vəsait yönəldilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.

Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti