Bakı. Trend:
İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib:
"Valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb".
Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək.