...

Çin və ABŞ tariflərin dayandırılmasını uzatdı

Dünya xəbərləri Materials 12 Avqust 2025 11:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stokholmdakı (İsveç) danışıqlardan sonra Pekin və Vaşinqton avqustun 12-də başa çatacaq tarif fasiləsini daha 90 gün uzatmaq barədə qarşılıqlı razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bəyanata əsasən, ABŞ və Çin arasında ticarət münasibətlərindəki gərginliyi azaltmaq məqsədilə rüsumların hesablanmasında müəyyən dəyişikliklər etmək barədə razılığa gəlinib. Hər iki tərəf 24 faiz səviyyəsində tətbiq olunan tariflərin qüvvədə qalmasını daha 90 gün müddətinə dayandırmaq öhdəliyi götürüb.

Bu müddət ərzində həmin tariflər tətbiq edilməyəcək, lakin qalan 10 faiz səviyyəsindəki tariflər isə dəyişmədən saxlanılacaq. Bu addım, tərəflər arasında ticarət danışıqlarının davam etdirilməsi və münaqişənin yumşaldılması üçün mühüm zəmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti