Bakı. Trend:
2025-ci il investisiya büdcəsi çərçivəsində 15 təhsil müəssisəsində təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, cari ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə ayrılmış müvafiq xərclər hesabına 779 təhsil müəssisəsində təmir işlərinə başlanılıb.
"Bundan başqa 629 məktəbəqədər təhsil müəssisəsində də təmir işləri aparılır",- məlumatda qeyd edilib.
Qeyd edək ki, 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib.