Bakı. Trend:
ABŞ-ın Montana ştatındakı Kalispell hava limanında təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, təyyarə hava limanında eniş edərkən alovlanıb, daha sonra uçuş-eniş zolağındakı hərəkətsiz təyyarəyə çırpılıb.
Məlumata görə, yanan təyyarədə dörd sərnişin olub, hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı deyilir.