Bakı. Trend:
Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
"Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin
Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin
və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil
alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi
üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli
şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə
müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə
bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli
bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər",- deyə
məlumatda qeyd edilib.