...

Zəngəzur Dəhlizi məsələsinə Məsud Pezeşkianın komandasının münasibəti normaldır - ŞƏRH

Siyasət Materials 12 Avqust 2025 14:04 (UTC +04:00)
Zəngəzur Dəhlizi məsələsinə Məsud Pezeşkianın komandasının münasibəti normaldır - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur Dəhlizi məsələsinə Məsud Pezeşkianın komandasının münasibəti normaldır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkian dünyəvi adamdır və görür ki, bu məsələlər fərqli şəkildə həll olunmalıdır:

“Onlar anlayırlar ki, İranın qərbə inteqrasiyası, kommunikasiya yolunun açılması bundan asılıdır. Bu olmasa İran yenə də qapalı bir ölkə kimi qalacaq, bu fürsəti qaçırmamalıdırlar. Pezeşkian komandası bunu gördükləri üçün məsələyə başqa gözlə baxırlar. Məsələ bu gedişatla həll olunmalıdır ki, İran xalqı da öz insani yaşamlarını tapa bilsinlər”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın mövqeyi daha sağlamdır.

“Son günlər onun bir çox açıqlamaları oldu. Bu açıqlamalar çox önəm daşıyır. Onun İran-Azərbaycan münasibətləri ilə bağlı söylədiyi “necə olur ki, Azərbaycanla İsrail dost ola bilir, amma İran ola bilmir?!” fikri, Zəngəzur Dəhlizi ilə bağlı açıqlamaları daha məntiqlidir və münasibətlərə də müsbət təsir göstərir”,- deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti