...

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib

Siyasət Materials 11 Avqust 2025 13:24 (UTC +04:00)
Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Müdafiə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir.

Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti