Bakı.Trend:
Ağdərə rayonunda baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.