Bakı. Trend:
İranda ilin ən böyük qaçaqmal yanacağı hesab olunan tanker cənubda yerləşən Hörmüzqan vilayətinin Cask rayonunda Fars körfəzi sularında saxlanılıb.
Trend-in məlumatına görə, bunu İranın Hüquq-Mühafizə Qüvvələrinin komandanı, general Əhməd Əli Qudərzi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, tankerdə 759 milyard rial (təxminən 1,3 milyon dollar) dəyəri olan 2 milyon litrdən çox yanacaq aşkarlanıb.
Qudərzi qeyd edib ki, 3-cü ölkə bayrağı altında üzən tankerin 17 ekipaj üzvü saxlanılıb.