...

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq

Siyasət Materials 11 Avqust 2025 17:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq.

Trend xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

"Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər", - sənəddə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti