...

Laçının daxili yollarının layihələndirilməsinə 1 milyon manat ayrıldı

İqtisadiyyat Materials 12 Avqust 2025 13:48 (UTC +04:00)
Laçının daxili yollarının layihələndirilməsinə 1 milyon manat ayrıldı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhərinin daxili yollarının 2 mərhələ üzrə layihələndirməsinə başlanılır.

Trend-in məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Project Centre" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Novruzov Yusif Əlinağı oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti