...

İranın 18 vilayətində qeyri-iş günü elan olunub

Dünya xəbərləri Materials 12 Avqust 2025 13:40 (UTC +04:00)
İranın 18 vilayətində qeyri-iş günü elan olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

13 avqustda İranda elektrik enerjisinin çatışmazlığına görə, ölkənin 31 vilayətindən 17-də qeyri-iş günü elan olunub.

Bu barədə Trend İran mediasına istinadən məlumat verib.

Məlumata görə, bəzi vilayətlərdə dövlət idarələri, ictimai qurumlar və təhsil müəssisələrinin fəaliyyətinin onlayn şəkildə həyata keçirilməsinə qərar verilib.

Bu qərarın sabah İranda güclü isti hava şəraitinin davam etməsi, soyuducu vasitələrdən kütləvi şəkildə istifadə olunmasına görə verildiyi qeyd olunur.

Qeyd edək ki, İranda elektrik enerjisi istehsalı potensialı 93 min meqavatdan çoxdur. Son günlərdə İranda elektrik istehlakı 77 min meqavat saatdan çox təşkil edib. Elektrik istehlakının yüksək səviyyədə olduğuna görə, ölkədə elektrik müəyyən fasilələrlə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti