...

Türkiyədə zəlzələ bölgəsinə ilkin yardım üçün vəsait ayrıldı

Dünya xəbərləri Materials 11 Avqust 2025 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə baş verən zəlzələdən sonra bölgədə 237 afterşok qeydə alınıb. Onlardan 10-nun maqnitudası 4 baldan çox olub.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonrakı vəziyyətlə bağlı mətbuata açıqlama verib.

O, zəlzələ bölgəsinə təcili xərclərin ödənilməsi üçün ilkin olaraq 20 milyon lirə ayrıldığını, evini itirən vətəndaşlardan ötrü qısa vaxt ərzində konteynerlərin quraşdırılacağını bəyan edib.

"Şəhər mərkəzi və iki kənddə ümumilikdə 16 tikili dağılıb, onlardan 4-də yaşayış olub. Axtarış-xilasetmə işlərinə 1100 nəfərdən ibarət canlı qüvvə, 11 axtarış iti və 214 texnika cəlb olunub", - nazir əlavə edib.

Qeyd edək ki, avqustun 10-da axşam saatlarında Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub. Təkanlar İstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrində bir çox şəhərdə hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti