...

"Qarabağ"-“Şkendiya” oyunu ilə bağlı avtobusların hərəkət qrafikində müvəqqəti dəyişiklik ediləcək

Cəmiyyət Materials 11 Avqust 2025 17:05 (UTC +04:00)
"Qarabağ"-“Şkendiya” oyunu ilə bağlı avtobusların hərəkət qrafikində müvəqqəti dəyişiklik ediləcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar avtobusların hərəkət qrafikində müvəqqəti dəyişiklik ediləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məlumata görə, məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti