...

Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV məbləği məlum olub

İqtisadiyyat Materials 12 Avqust 2025 10:51 (UTC +04:00)
Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV məbləği məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Məlunata əsasən, bu ilin yanvar – iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 23 faiz artaraq 984,8 min manat olub.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

"2025-ci ilin yanvar – iyul aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti