Bakı. Trend:
Monteneqronun paytaxtı Podqoritsa ətrafında bir neçə yerdə meşə yanğını baş verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Mıəlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində - Kufin Bulyariça, Durkoviç, Roge, Piperi, Kuçi, Kokoti, Bar, Budva, Nikşiç və Savnikdə yanğınlar dava edir, Çanjda isə nəzarət altında alınıb, Biyelo Polye və Biokovaşda lokallaşdırılıb.
Bəzi ərazilərdə yanğınlar evləri və əmlakı təhlükə altına qoyub. Qornya Qoritsadakı yanğın səbəbindən Nikşiçə gedən avtomobil yolu bağlanıb.
Yanğınların söndürülməsi üçün ölkə üzrə bütün mülki müdafiə qüvvələri səfərbər olunub.