Bakı.Trend:
10 avqust 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin axtarışlarına başlanılıb.
Trend xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Qeyd edilib ki, dalğıc-xilasedicilər tərəfindən vətəndaş - 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.