...

Azərbaycan və AYİB su təchizatı və tullantıların idarə olunması layihələrini müzakirə edib

İqtisadiyyat Materials 13 Noyabr 2025 09:29 (UTC +04:00)
Azərbaycan və AYİB su təchizatı və tullantıların idarə olunması layihələrini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Gəncədə su təchizatı və tullantıların idarə olunması layihələri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün Azərbaijan İnvestisiya Şirkətindən həmkarlarımızla birlikdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidze ilə onlayn görüş keçirdik. Görüşdə Azərbaycanda, o cümlədən AYİB-in “Yaşıl Şəhərlər” proqramının üzvü olan Gəncə şəhərində su təchizatı və bərk məişət tullantılarının idarə olunması layihələrinin icra vəziyyəti və gələcək planları müzakirə olundu.

Görüş zamanı şəhər su infrastrukturunun, təchizat səmərəliliyinin və tullantıların idarə olunması sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər əsas müzakirə mövzusu oldu. Bu istiqamətlər davamlı kommunal xidmətlərin təmin olunması və əhalinin həyat keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın iri şəhərlərində əhəmiyyətli infrastrukturun müasirləşdirilməsi istiqamətində göstərdiyi dəstəyə və texniki ekspertizasına görə AYİB-ə təşəkkür edirik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti