...

İcmal büdcənin profisiti 8 milyard manatı ötüb

İqtisadiyyat Materials 13 Noyabr 2025 15:05 (UTC +04:00)
İcmal büdcənin profisiti 8 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40,961 milyard manat təşkil edib.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.

Məlumata əsasən, 2025-ci ilin 10 ayı ərzində icmal büdcənin xərcləri 32,692 milyard manat məbləğində icra edilib.

Bu isə ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872,7 milyon manat və ya 2,7 faiz çoxdur.

Nəticə etibarilə bu ilin ilk 10 ayında icmal büdcədə 8,269 milyard manat profisit yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti