Bakı. Trend:
Bu ilin yanvar - noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 233 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,9 faiz və ya 30,2 milyon manat çoxdur.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 166,6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,6 milyon manat və ya 21,6 faiz artıb.
Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar - noyabr aylarında Naxçıvan
Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə
daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz
artaraq 4,1 milyon manata yaxın olub.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü
ilin eyni dövrünə nisbətən 8 faiz artıb və 27,6 milyon manatdan
artıq təşkil edib.
