...

Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 5 Dekabr 2025 15:42 (UTC +04:00)
Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçün geniş imkanların mövcudluğu vurğulanıb. Ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə işbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçinin Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə olunub.

Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və həyata keçirilən digər təşəbbüsləri dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti