...

Kanadadan Azərbaycana pul köçürmələri 11%-dən çox artıb

İqtisadiyyat Materials 2 Yanvar 2026 14:20 (UTC +04:00)
Kanadadan Azərbaycana pul köçürmələri 11%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,916 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 643 min ABŞ dolları və ya 8,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.

Həmçinin ötən ilin ilk 9 ayında Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,964 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 402 min ABŞ dolları və ya 11,3% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Kanadanın payı 0,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,559 milyon ABŞ dolları, əks istiqamətdə isə 3,562 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti