...

Azərbaycanda siqaret istehsalı 15%-dən çox artıb

İqtisadiyyat Materials 2 Yanvar 2026 15:18 (UTC +04:00)
Azərbaycanda siqaret istehsalı 15%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədəd siqaret və siqar istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur.

Dekabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,016 milyard ədəd təşkil edib.

Bundan başqa, 2025-ci ilin ilk 11 ayında Azərbaycanda 1786,1 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 56,6% azdır. Ötən ilin dekabrın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 486,9 tona bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi yekunda 4,1% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti